EN

Rusiyanın azərbaycanlılara hücumları davam edəcək Ekspert səbəbləri açıqladı

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

“Bunların hamısı daha çox Azərbaycanın Cənubi Qafqaz regionunda apardığı müstəqil xarici siyasətlə bağlıdır. Azərbaycan faktiki olaraq regionun liderinə çevrilib. Burada xüsusi əhəmiyyət kəsb edən bir məqam da var - Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə uğurla həyata keçirdiyi antiterror əməliyyatı və Qarabağda erməni separatçı rejiminin ləğvi”.

Bakupost.az xəbər verir ki, bunu "Minval"a açıqlamasında uzun müddət Azərbaycan və Ukraynada bir sıra yüksək vəzifələrdə çalışmış Tamerlan Vahabov Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vandalizm aktlarını şərh edərkən bildirib.

Onun fikrincə, yaranmış reallıq Rusiyanın Qarabağ münaqişəsinin həlli ətrafında “öz təsirini və iştirakını tamamilə itirdiyini” göstərir. Çünki bu münaqişə, Moldovada, Gürcüstanda olanlar və Ukraynadakı müharibə kimi, Rusiyanın yaxın xarici ölkələri müstəqil siyasətdən və Avro-Atlantik strukturlara potensial inteqrasiyadan uzaq tutmaq üçün istifadə etdiyi xarici siyasət alətləridir:

“Burada məsələnin kökü məhz Azərbaycanın müstəqil siyasətində və Bakının İrəvanla sülh müqaviləsi imzalanmasına hazırlıq prosesində yaxınlaşmasında, Zəngəzur dəhlizinin açılmasındadır. Bundan əlavə, bütün nəqliyyat kommunikasiyalarının açılması, tərəflər arasında əməkdaşlığın qurulması, eləcə də Türkiyənin regionda aktiv iştirakı ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində türk birliyinin möhkəmlənməsi məsələsi var. Bu, təkcə Türkiyə deyil, həm də Böyük Turan, TDT və NATO bloku deməkdir. Həmçinin təcrübənin ötürülməsi, islahatlar, Rusiya modelindən - hərbi qüvvələrin qurulması, iqtisadi model və inteqrasiya proseslərindən uzaqlaşma yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiya regionunda da davam edir”.

Ekspertin sözlərinə görə, bütün bunlara görə, Rusiya mövcud olan təzyiq alətlərindən istifadə edir:

"Bu alət Rusiya ərazisində böyük sayda təmsil olunan icmalara qarşı etnik əsasda təqiblərdir. Mövcud məlumatlara görə, təqiblər təkcə azərbaycanlılara qarşı olmayacaq, Rusiya Federasiyası ərazisində yaşayan digər milli azlıqlara da şamil ediləcək”.

Ekspert qeyd edib ki, Rusiya tərəfi bütün bu hadisələrdə Azərbaycanın Ukraynaya kömək etdiyi faktına diqqət yetirir, bunu Bakı heç vaxt gizlətməyib:

"Azərbaycan tərəfi Ukraynaya humanitar yardım göstərir, o cümlədən Azərbaycanda uşaqların reabilitasiyasını təşkil edir, yanacaq, elektrokabel və s. vasitələrlə kömək edir. Bundan əlavə, siyasi səviyyədə Bakı ilk gündən başlayaraq indiyədək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə mən şəxsən, Azərbaycan və ukraynalı keçmiş dövlət məmuru kimi, Azərbaycana və prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Tamerlan Vahabov müxtəlif illərdə Ukrayna Daxili İşlər Nazirinin müşaviri, Ukrayna Daxili İşlər Nazirliyinin İslahatlar Ofisinin rəhbəri (2021-2022), Ukrayna Müdafiə Nazirliyi, “Ukroboronprom” Dövlət Konserni, Azərbaycanın Xarici İşlər, Daxili İşlər və İqtisadiyyat nazirliklərində müxtəlif vəzifələr tutub. O, həmçinin 2005-2006-cı illərdə Fransada İnterpol Baş Katibliyinin antiterror layihəsinin koordinatoru olub.

Xatırladaq ki, Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.

Zaur, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
50
www.bakupost.az

10Sources