Barselona son 100 ilin ən isti iyun ayını yaşanıb
İspaniyanın şərqində yerləşən Barselonada son 100 ilin ən isti iyunu qeydə alınıb.
İspaniya Meteorologiya İnstitutu (AEMET) iyunun Barselonada temperatur qeydlərinin 1914-cü ildən bəri ən isti ay olduğunu açıqlayıb. Bu ilin iyun ayında orta temperaturun 26 dərəcəyə çatdığı ifadə edilən açıqlamada, əvvəlki ən isti iyun ayının 25,6 dərəcə ilə 2003-cü ildə qeydə alındığı ifadə edildi.
Ayın ən yüksək temperaturu iyunun 30-da 37,9 dərəcə olub.
Avropanın bir çox şəhərləri isti dalğasının təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada həddindən artıq istilərə qarşı müxtəlif tədbirlər görülüb.
aia.az
Tərcümə şöbəsi