Bakı. Trend:
Eyfel qülləsinin zirvəsi yaxın günlər üçün ziyarətəbağlanıb.
Trend xəbər verirki, Parisin əsas görməli yerlərindən biri olan bu abidəninfəaliyyətinin dayandırılması səbəbləri barədə Bloomberg məlumatyayıb.
Qərarın qəbul edilməsinə səbəb Avropanı bürüyən anomal istilərolub.
Məşhur abidə 1 və 2 iyul tarixlərində bağlı olacaq, çünkisinoptiklərin proqnozlarına əsasən, həmin günlərdə temperatur +41dərəcəyə qədər yüksələ bilər. Hava təhlükəsinin “qırmızı” səviyyəsitəkcə Parisdə deyil, Fransanın daha 15 rayonunda elan edilib.
Misli görünməmiş istilər Avropa ölkəsində həyatı iflic edib.Paris, Tuluz və Limuzen arasında qatarların hərəkəti dayandırılıb.Ölkə üzrə təxminən 1300 məktəb bağlanıb, Ardeş və Dromdepartamentlərində isə beş mindən çox ev işıqsız qalıb.
İspaniyada yaxın günlərdə temperatur daha da arta bilər, +43dərəcəyə qədər. Portuqaliyanın Beja şəhərində də oxşar göstəricigözlənilir. Orada 29 iyun bazar günü rekord göstərici +46,6 dərəcəqeydə alınıb.
Ekstremal istilər Almaniya və İtaliyanı da əhatə edib, İsveçrəAlplarında güclü leysanlar barədə xəbərdarlıq edilib. Eyni zamanda,Londonda hava +34 dərəcəyə qədər isinəcək, lakin 2 iyuldan etibarənhavanın soyuması gözlənilir.