"Araz-Naxçıvan" klubu heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi Hamidu Keyta ilə 1 illik müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Keyta daha öncə Azərbaycanda "Zirə" və "Qarabağ" klublarının da formasını geyinib.

31 yaşlı futbolçu bu yay Bar Koen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muaka və Patrik Andradedən sonra "Araz-Naxçıvan"ın 6-cı transferi olub.