AZ

Sabiq "Qarabağ"lı Azərbaycana qayıtdı: 1 ilik müqavilə

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, Premyer Liqa klubu fransalı futbolçu Hamidu Keytanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyənin “Konyaspor” klubunda keçirib. O, yerli azarkeşlərə də yaxından tanışdır. Keyta Azərbaycan Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.

Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade və Çance Simakala Ba-Muakanı transfer edib.

Seçilən
14
21
publika.az

10Mənbələr