Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Baş nazirin müavini Ermənistan-Avropa İttifaqı əməkdaşlığının əsas gündəm istiqamətlərini təqdim edib, münasibətlərin aktivləşməsini vurğulayıb.
Həmsöhbətlər regional hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.
Ağarza Elçinoğlu