EN

Çində leysan faciəsi: Ölənlər və itkin düşənlər var

News24 portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çinin Henan vilayətində leysan yağışlar nəticəsində baş verən daşqın azı 2 nəfərin həyatına son qoyub, 6 nəfər isə itkin düşüb.

News24.az-ın "Xinhua"ya istinadən xəbərinə görə, iyunun 30-dan iyulun 1-nə keçən gecə Nanyang şəhərində cəmi üç saat ərzində 20 sm-dən çox yağış yağıb.

Nəticədə Shewei çayı daşaraq aşağı axınlarındakı yaşayış məntəqələrini su altında qoyub. Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Çində may-sentyabr ayları arasında daşqınlar tez-tez baş verir. 2023-cü ildə daşqınlar 143 milyard yuan (20 milyard dollardan çox) ziyan vurmuş və 300-dən çox insanın ölümünə səbəb olmuşdu. 2024-cü ilə dair rəsmi statistika isə hələ açıqlanmayıb.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
39
news24.az

10Sources