News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Yekaterinburqda iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Bakıya gətirilib.
News24.az xəbər verir ki, Səfərov qardaşlarının nəşi bu gün günorta saatlarında Rusiyada ailələrinə təhvil verilib.
Onların nəşi saat 20:25-də hava yolu ilə ölkəyə gətirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.