AZ

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi Azərbaycanda ekspertiziyadan keçiriləcək- Yenilənib

Yekaterinburqda Rusiya hüquq mühafizə orqanları tərəfindən döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazaləri Azərbaycanda ekspertiziyadan keçiriləcək.

Bu barədə onun qardaşı anews.az-a açıqlamasında bildirib.

***

Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.

Bu barədə Report məlumat yayıb.

Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.

Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.

 

***

Yekaterinburq şəhərdə baş verən kütləvi həbslər zamanı iki azərbaycanlıdan birinin “ürək çatışmazlığından” dünyasını dəyişdiyini, digərinin isə ölüm səbəbinin araşdırıldığı bildirilib. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirərək  Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb,döyülmə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Aytac Zeynalova

 

Seçilən
7
2
anews.az

10Mənbələr