“İrana qarşı hücumlarda İsrailin Azərbaycan ərazisindən istifadə etdiyinə dair rəsmi məlumat hələ ki yoxdur və yalnız KİV-in yaydığı məlumatlara əsaslanmaq doğru olmaz”.
Missiya.Az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
O bildirib ki, Tehran Bakıdan Azərbaycanın ərazisindən İrana qarşı zərbələr endirilməsinə icazə verilməyəcəyi barədə təminat alıb.
Xatırladaq ki, bir müddət öncə Sübhani İran ərazisinə bir sıra kiçik PUA-ların qonşu ölkələrdən daxil olduğunu bəyan edib.
Daşqın HəsənovMissiya.Az