AZ

Ermənistan Ukraynaya cavab verdi

"Ermənistan öz ərazisindən qonşu ölkələrə hücum üçün istifadə etməyə icazə vermir".

Demokrat.az-ın RBC-yə istinadən verdiyi məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsi ilə bağlı bəyanatına belə cavab verib.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bir gün əvvəl, iyulun 5-də bəyan etmişdi ki, Moskva Bakı ilə münasibətlərin pisləşməsi fonunda Cənubi Qafqaz ölkələrinə təzyiqi artırmaq üçün Ermənistanda hərbi mövcudluğunu genişləndirir.

"Mətbuatda yer alan qondarma məlumatlara cavab olaraq Ermənistan bir daha öz prinsipial mövqeyini təsdiqləyir: respublikanın ərazisindən üçüncü dövlətlər heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edə bilməz", - XİN-in bəyanatında bildirilir.

Seçilən
3
50
demokrat.az

10Mənbələr