EN

“Çelsi”nin sabiq futbolçusu 28 yaşında karyerasını bitirib

İngiltərənin "Çelsi" komandasının keçmiş futbolçusu Çarli Musonda karyerasını bitirib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, 28 yaşında yaşıl meydanlarla vidalaşıb.

Vinger son olaraq 2023-2024-cü illər mövsümündə Kiprin “Anortosis” klubunda çıxış edib.

Qeyd edək ki, belçikalı oyunçu “Seltik” (Şotlandiya), “Levante” və “Real Betis” ( hər ikisi İspaniya) komandalarında da oynayıb.

Chosen
14
50
yeniazerbaycan.com

10Sources