“Brayton”un hücumçusu Joao Pedro “Çelsi”yə keçə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə London klubunun braziliyalı futbolçunun transferi üçün “Brayton”la anlaşdığı bildirilir.
“Çelsi”nin bu keçid üçün 50 milyon funt-sterlinqdən çox ödəyəcəyi qeyd edilib.
23 yaşlı futbolçu başa çatan mövsümdə 30 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.