EN

Şovinizm ideologiyası rus cəmiyyətini məhv edəcək- ÖZƏL

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha velikorus şovinizminin,  rus millətçiliyinin bariz nümunəsi oldu. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Bu hadisə ciddi-cəhdlə maskalanan rus faşizminin əsil simasını göstərməsidir. 21-ci əsrdə bütün dünya buna raşizm deyir. Bu ideologiyanın kökündə digər xalqlara alçaldıcı  diskriminaiya münasibəti durur. Rus şovinizminin əsas ideoloji postulatı türklərə və ələxsüs Azərbaycana qarşı düşmənçilik təşkil edir. Biz bunu 1990-cı il 20 yanvar hadisələrində, Xocalı soyqrımında görmüşük. Biz bunu işğalçı Ermənistana himayədarlıqdan bilirik. Yekaterinburq şəhərində azərbaycanlılara qarşı etnik zəmində terror bu siyasətin daha bir təzahürüdür. Unutmayaq ki, Rusiya hələ də bu ölkə ərazisində  AZALA məxsus mülki təyyarənin vurulmasına görə üzr istəməyib, məsuliyyətdən yayınmağa çalışır. Yenə atan kazaklardı, daşnakları dəstəkələyən siyasətdi.  Bu siyasət bilavasitə və birbaşa Kremldən həyata keçirilir, bu siyasətə prezident Putinin mövqeyi, yanaşması rəvac verir. Raşizm məhz Kremlin ideologiyasıdır. Bu ideologiya ruslara qardaş olan  Ukrayna xalqını belə qırğına verir. Təsadüfi deyil ki , Ukraynada Putini Alman faşizmin lideri Hitlerlə müqayisə edir və Putler adlandırırlar...
Raşizm Rusiyadakı qeyri-rus millətləri Ukrayna ilə müharibədə kütləvı qırğına verir, rusları isə cəbhəyə aparmır. Bu siyasət  tezliklə Putin imperiyasını parçalayacaq və ilk nöbədə rus xalqının özünə böyük təhlükədir. Raşizm başqa xalqlara diskriminasiyay, istismarı rəva bilir.  Məşhur publisist və jurnalist Nevrozov yazır ki, patriotizm, şovinizm, imperializm rus xaqlı üçün   hər şey əvəz edən alkoqol kimidir. Bu ideologiya prezident  Putinin səyləri ilə artıq zəhərləyici, yolxucu mahiyyət alıb, epidemiyaya çevrilib. Bu epidemiya elə rus cəmiyyətini məhv edəcək. Necə ki, qəhvəyi vəba Almaniyaya və dünyaya faciələr yaşatdı.İndi raşizm bu yolu tutub.Buna ilk növbədə rus xalqı etiraz etməli, putlerizmə qarşı çıxmalıdır.
Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir. Azərbaycan vətəndaş cəmiyyəti qətiyyətlə soydaşlarımızı  qarşı bu terroru pisləyirik, bu insanlıq əleyhinə cinayətdir.  Əgər Rusiya rəhbərliyi etnik zəmində terroru dəstəkləmirsə üzr istəməli, dərhal günahkarlar cəzalandırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
3
olaylar.az

10Sources