EN

Prezident Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edəcək

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında millət vəkilləri ilə məsləhətləşmə və dəyərləndirmə görüşü keçirib.

TurkicWorld xəbər verir ki, görüşdən sonra partiya sözçüsü Ömər Çelik gündəmə dair açıqlamalar verib.

Çelik bildirib ki, görüşdə “Terrorçuluqdan azad Türkiyə” prosesi ətrafında müzakirələr aparılıb. O əlavə edib ki, bu istiqamətdə qarşıdakı günlər əhəmiyyətli mərhələ olacaq və Prezident Ərdoğan gələn həftə DEM Partiyasının nümayəndə heyətini qəbul edəcək.

AKP-nin siyasi toplantısı iyulun 11-dən 13-dək keçiriləcək

Ömər Çelik onu da qeyd edib ki, AKP 11–13 iyul tarixlərində Kızılcahamam bölgəsində daxili və xarici siyasətə dair geniş formatlı toplantı keçirəcək.
Toplantıda iştirak edən millət vəkilləri, yerli idarəetmə, beynəlxalq münasibətlər, Qəzzadakı soyqırımı və Rusiya–Ukrayna müharibəsi kimi müxtəlif mövzularda suallar verib, Prezident Ərdoğan isə bu suallara ətraflı cavablar təqdim edib.

Leman jurnalının təhqiramiz rəsminə sərt reaksiya

Çelik çıxışında, “Leman” adlı satirik jurnalın Həzrəti Məhəmməd və Həzrəti Musaya qarşı yayımladığı təhqiredici karikaturaya da sərt reaksiya verib:

“Peyğəmbərimizə və Həzrəti Musaya qarşı yönəlmiş bu sayğısızlıq ciddi etirazla qarşılandı. Bu cür halları ifadə azadlığı çərçivəsində dəyərləndirmək olmaz. Bu, açıq-aşkar nifrət cinayətidir. Cəmiyyətimizin göstərdiyi həssaslıq, xalqımızın Peyğəmbərə olan sevgisinin təzahürüdür.”

O, həmçinin Avropada artmaqda olan islamofobiyaya qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Chosen
62
35
turkic.world

10Sources