EN

Polşa Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq edir- ÖZƏL

Polşa hökuməti Almaniya və Litva ilə olan sərhədlərdə müvəqqəti sərhəd nəzarətinin tətbiqinə qərar verib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl məlumat verib.
"Polşanın Almaniya və Litva ilə sərhədlərində müvəqqəti sərhəd nəzarətini bərpa etmək qərarına gəldik", - deyə o, TVP Info telekanalında çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanacaq müvafiq sərəncam 7 iyul tarixindən qüvvəyə minəcək.
Tusk, həmçinin, Almaniyanın Şengen razılaşmasını pozaraq sərhəd nəzarətini bir daha uzatması halında, Varşavanın simmetrik cavab verəcəyini bəyan edib. O, bununla yanaşı, Belarus-Polşa sərhədində miqrant axınının davam etməsi halında Moskva və Minskə qarşı "çox xoşagəlməz addımlar" atılacağını vurğulayıb. Bu kontekstdə Tusk, miqrantları Rusiya və Belarus ərazisinə daşıyan aviaşirkətlərə qarşı Avropa İttifaqının sanksiyalar tətbiq edə biləcəyini də istisna etməyib.
Xatırladaq ki, 2024-cü il sentyabrın 16-dan etibarən Almaniya hökuməti qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə bütün quru sərhədlərində müvəqqəti sərhəd nəzarəti tətbiq edib. Rəsmi Berlin bu addımı həm də islamçı terrorizmdən və transmilli cinayətkarlıqdan qaynaqlanan daxili təhlükəsizlik təhdidlərinə qarşı yönəldiyini bildirir. Lakin Polşa da daxil olmaqla bəzi qonşu ölkələr bu qərarı qeyri-dost yanaşma kimi qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
39
olaylar.az

10Sources