EN

Bəylər Əyyubovun yerinə təyin olunan Fərid Əsgərova general-mayor RÜTBƏSİ VERİLDİ – FOTO

Xəbər verdiyimiz kimi, Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti təyin olunması münasibətilə onu təbrik edib.

Bundan əlavə, məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisinin müavini idi. Fərid Əsgərov həmçinin Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.

Onu da bildirək ki, digər bir məlumata görə, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub.


Bizim.Media

Chosen
4
23
bizim.media

10Sources