Fərid Əsgərova general-mayor rütbəsi verildi
Ötən gün Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilən Fərid Əsgərova general-mayor rütbəsi verilib.
aia.az xəbər verir ki, bu barədə Karate Federasiyasının təbrikində bildirilib.
Xatırladaq ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. O, bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
aia.az