Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"İyulun 1-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşündə səfirə etiraz edilib.
Azərbaycanın diplomatik missiyasının rəhbərinə Bakıda saxlanılan rusiyalı jurnalistlər İqor Kartavıx və Yevgeni Belousovun dərhal həbsdən azad edilməsi tələbi ilə şifahi nota verilib", - nazirlik qeyd edib.
Ağarza Elçinoğlu