EN

3-4 il əvvələ aid 383 cəsəd tapıldı - Səbəbləri araşdırılır

Meksikanın Ciudad Juarez şəhərində altı dəfn evinə xidmət edən krematoriumda 383 cəsəd aşkarlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, anonim zəng əsasında aparılan yoxlamada 3-4 il əvvələ aid cəsədlər və qalıqlar tapılıb.

Prokuror krematoriumun uzun müddət fəaliyyət göstərməməsinə görə şübhələndiyini bildirib. Obyekt bağlanıb, sahibi və bir işçisi həbs olunub. 

Hadisənin səbəbləri araşdırılır.

Chosen
13
17
manset.az

10Sources