EN

Rəhim Məmmədov vəfat edib

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.

 

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

 

Rəhim Məmmədovun iyunun 28-də vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, rəssam 1928-ci ildə Bakıda anadan olub. Onun Sankt-Peterburq, Bakı, Tiflis, Moskva, Sivas, Kayseri, Konya və başqa yerlərdə çoxsaylı sərgiləri keçirilib. O, Beynəlxalq Memarlıq konqresi sərgisində “Münsif Onur” mükafatına, Azərbaycan Nazirlər Kabineti mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin.

Tarix: 1 İyul 2025, 17:30   
Chosen
318
49
pravda.az

10Sources