EN

İlin ilk 5 ayında xarici bazarlara 12,8 milyon dollar dəyərində şəkər ixrac edilib

Bu ilin yanvar-may aylarında ölkədən 12,8 milyon ABŞ dolları dəyərində 18,1 min tondan çox şəkər ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 30,1 faiz və ya 2,9 milyon dollar, həcmi isə 41,7 faiz və ya 5,4 min ton artıb.

Cari ilin ilk 5 ayı ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,12 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,91 faizə bərabər olub.

Chosen
45
8
vergiler.az

10Sources