AZ

5 ayda 148,6 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edildi

BAKI, 21 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında ölkədən 148,6 milyon ABŞ dolları dəyərində 479,1 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin Teleqraf-a verilən məlumata görə bu ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 45,3 faiz və ya 46,3 milyon dollar, həcm baxımından isə 12,8 faiz və ya 54,5 min ton çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,35 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 10,56 faizə bərabər olub.

Seçilən
62
8
teleqraf.com

10Mənbələr