EN

"Koroğlu körpüsü"ndə təhlükəli vəziyyət: İri çatlar yaranıb

Bakının ən çox istifadə olunan körpülərindən birində təhlükəli vəziyyət yaranıb.

Musavat.com xəbər verir ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən və ictimaiyyətdə "Koroğlu körpüsü" kimi tanınan keçiddə iri çatlar əmələ gəlib.

Görüntülərdə vəziyyətin avtomobillər üçün kifayət qədər təhlükəli olduğu açıq şəkildə görünür.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib:"Bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (tempratur şovu). Çat deyil, belə olmalıdır”.

Şahanə Rəhimli
Musavat.com

Chosen
18
6
musavat.com

10Sources