AZ

"Koroğlu körpüsü"ndə təhlükəli vəziyyət: AAYDA "temperatur şovu" deyir, amma…

Bakının ən çox istifadə olunan körpülərindən birində təhlükəli vəziyyət yaranıb.

Musavat.com xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən və ictimaiyyətdə “Koroğlu körpüsü” kimi tanınan keçiddə iri çatlar əmələ gəlib.

Görüntülərdə vəziyyətin kifayət qədər təhlükəli olduğu açıq şəkildə görünür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bunu “tempratur şovu” kimi izah edib. Bildirib ki, bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (tempratur şovu). Çat deyil, belə olmalıdır.

Lakin digər dayaq oturacaqlarında da “tempuratur şovu” müşahidə etdikdə mənzərənin fərqli olduğunu görmək mümkündür. Belə ki, həmin dayaq oturacaqlarda məsafə bu qədər geniş deyil. Hazırda təhlükəli olduğunu qeyd etdiyimiz dayaq nöqtəsindəki genişlənmənin sonradan yaranması istisna edilmir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
17
6
musavat.com

10Mənbələr