EN

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.

 

Sfera.az xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Səfər çərçivəsində Özbəkistan liderinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.

Chosen
33
50
sfera.az

10Sources