EN

Özbəkistan Prezidenti Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.

“Ölkə.az” xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Özbəkistan liderinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.

Chosen
29
50
olke.az

10Sources