Xankəndi. Trend:
Türkmənistan müasir çağırışları və regionun tələblərini nəzərəalaraq, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində mövcudlogistika və nəqliyyat əməliyyatlarını təzələmək vəmükəmməlləşdirmək təşəbbüsü ilə çıxış edib.
Trend xəbər verirki, İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə-görüşündə çıxış edənTürkmənistanın baş nazir müavini, xarici işlər naziri Rəşid Meredovnəqliyyat infrastrukturunun inkişafının vacibliyini vurğulayıb.
O, xüsusilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanınınmüasirləşdirilməsi, eləcə də, Avropa və Asiyanı birləşdirən dəmiryolu və avtomobil yollarının yaxşılaşdırılmasının vacibliyini qeydedib.
Onun sözlərinə görə, bu tədbirlər tranzit potensialınınartırılmasına və ölkələrarası iqtisadi əlaqələrinmöhkəmləndirilməsinə xidmət edəcək.
“Nəqliyyat dəhlizlərimiz müasir tələblərə cavab verməli,davamlı, təhlükəsiz olmalı və İƏT ölkələrini Avrasiya məkanındasəmərəli şəkildə birləşdirməlidir”, – deyə R.Meredov bildirib.