EN

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia yayılıb. Ulusum.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məktəblərin vatsap qruplarına bildirişlər gəlib.Valideynlər bildiriblər ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Diqqət Çəkənlər

Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR

Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO

Ziyəddin və Hüseyn Səfərov qardaşları dəfn edildi

Chosen
18
3
ulusum.az

6Sources