EN

“Sabah” Fransa Liqa-1-dən futbolçu gətirdi

“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, paytaxt klubu Zinədin Uld Xaledlə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində yalnız bu komandada çıxış edib.

Əlcəzair əsilli futbolçu 2024-2025-ci illər mövsümündə  Fransa Liqa-1-də 10 oyun keçirib.

Chosen
27
18
msport.az

10Sources