“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.
Moderator.az-ın "Report"a istinadən verdiyi məlumata görə, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.
Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.