EN

“Mançester Yunayted” onun üçün “İnter”lə əlaqə saxlayıb

“Mançester Yunayted” İtaliya millisinin yarımmüdafiəçisi Davide Frattesinin transferi ilə bağlı “İnter”ə sorğu göndərib.

90deqiqe.Az-ın “Caught Offside” nəşrinə istinadən məlumatına görə, “neradzurrilər” 25 yaşlı futbolçunun qiymətini əvvəlki 50 milyon avrodan 35 milyon avroya endirib. Hazırda Frattezi gələcək karyerası ilə bağlı qəti qərar verməyib.

 “Mançester Yunayted”lə yanaşı, futbolçunun xidmətində “Tottenhem”, Madrid “Atletiko”su və “Roma” da maraqlıdır.

Ötən mövsüm Frattesi bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Chosen
17
50
90deqiqe.az

10Sources