UEFA Avropa Liqasına hazırlaşan “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "bayquşlar" 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə anlaşıb.

Onunla 2 illik müqavilə imzalanıb.

Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.

Xaled Fransa vətəndaşı olsa da, əslən əlcəzairlidir. O, məşhur həmvətəni, əfsanəvi futbolçu, dünya çempionu Zinəddin Zidanın şərəfinə "Zinəddin" adlandırılıb.