EN

Şıxlinskinin niyə saxlanıldığı məlum oldu İllər öncə qətlə yetirilən şəxs onun müavini olub

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.

“AzPolitika"nın APA-ya istinadən məlumatına görə, Ş.Şıxlinskinin oğlu Mutvali Şıxlınski də onunla bərabər saxlanılıb daha sonra sərbəst buraxılıb.

Fotoda:Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

Oxu.Az-ın məlumatına görə isə Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə əlaqədar aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib.

Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
50
azpolitika.info

10Sources