AZ

Məktəbli telefona görə babasını və nənəsini güllələdi

ain.az, 525.az saytına istinadən bildirir.

Tükürpədici hadisə Braziliyada, Parana ştatının Fransisk-Beltran əyalətində baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 13 yaşlı uşaq telefondan istifadəni qadağan etdiklərinə görə babasını və nənəsini güllələyib.

Sinəsindən 5 güllə yarası alan qadın yerindəcə keçinib. Kürəyindən vurulan kişi isə özündə güc taparaq silahı nəvəsinin əlindən ala bilib.

Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan məktəbli bir qədər sonra polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, əmisindən oğurladığı tapança ilə cinayət törədən uşaq 7 il idi ki, baba və nənəsinin himayəsində yaşayırmış. 

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
525.az

10Mənbələr