EN

“Arsenal” “Çelsi”nin qapıçısını TRANSFER ETDİ

İspaniyalı qapıçı Kepa Arrisabalaqa "Çelsi"ni tərk edib.

Bizim.Media xəbər verir ki, o, Londonun digər təmsilçisi "Arsenal"a keçib.

"Topçular" bu gün 30 yaşlı qolkiperin transferini rəsmiləşdiriblər. Bunun üçün "Arsenal" 5 milyon funt təzminat ödəyib.

Qeyd edək ki, Arrisabalaqa son mövsümü icarə əsasında "Bornmut"da oynayıb. O, Premyer Liqanın 35 matçında meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
34
bizim.media

1Sources