EN

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri saxlanılıb - (Yenilənib)

Yekaterinburqdakı

Xəbər verildiyi kimi, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda həbs edilib.

Reyting.az
xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələrinin Şıxlinskiyə amansızcasına hücum etməsinin görüntüləri yayılıb.

Videoda xüsusi təyinatlıların maşının yanına qaçaraq dərhal şüşəni sındırmağa başladığı görünür.

Azərbaycan diasporunun nümayəndələri təcavüz üçün heç bir əsas göstərməyiblər.

Şıxlinski zorla maşından çıxarılaraq yerə düşürülüb(Trend).

***

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.


APA xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.
Chosen
40
2
reyting.az

10Sources