ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın “KRİK-TV”nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Aleksey Kuznetsov qadının əlindən tutaraq onu küçə boyu sürükləyib, xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, Telli adlı xanım başına gələnləri AzTV-yə danışıb.
O bildirib ki, həmin şəxlər restoranın vaxtından öncə açılmasını istəyib, işi ilə bağlı olmayan təxribatçı suallar verib.
“Mən onlara vəziyyəti izah etdim. Heç cür kömək edə bilməyəcəyimi söylədim”, - deyə qadın bildirir.
Daha ətraflı videoda:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.