ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Müdafiə Nazirliyinin sursat ehtiyatlarına yenidən baxıldıqdan sonra, zenit raketləri, artilleriya mərmiləri və yüksək dəqiqlikli silahların ümumi sayının azalması ilə bağlı narahatlıqlar yaranıb. Bu qərar Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə qəbul edilib”, – deyə materialda bildirilib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden administrasiyası dövründə vəd edilmiş yardımın bir hissəsinin dayandırılması ilə bağlı ilkin qərar hələ iyunun əvvəlində qəbul edilib. Lakin qərar yalnız indi – Ukraynanın Kiyev və digər şəhərlərdəki mülki obyektlərə qarşı həyata keçirilən ən genişmiqyaslı raket və dron hücumlarını dəf etdiyi bir vaxtda qüvvəyə minir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.