EN

Şimali Koreyanın Vonsandakı turizm zonası turistləri qəbul etməyə başladı

BAKI, 2 iyul. TELEQRAF

Şimali Koreyadakı Vonsan-Kalma sahil turizm zonası 1 iyul tarixindən etibarən yerli turistləri qəbul etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, turizm zonasında 400-dən çox bina ucaldılıb.

Turizm klasterinin tikintisinə Şimali Koreya lideri Kim Çen Inın şəxsən nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, turizm zonasının tikintisinin açılışı iyunun 24-də baş tutub. Burada yerləşən hotellər 20 min nəfər üçün nəzərdə tutulub.

Chosen
17
teleqraf.com

1Sources