EN

"Əl-Cəzirə": İsrailin Qəzzaya zərbələri nəticəsində ötən gün 100-dən çox insan ölüb

BAKI, 2 iyul. TELEQRAF

İsrail ordusunun 1 iyul tarixində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100 nəfərdən çox fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlərdən 28 nəfərinin humanitar yardım paylanması məntəqələrində ərzaq gözləyən şəxslər olduğu bildirilir. Anklavın Səhiyyə Nazirliyinin məlumatına əsasən, may ayının sonundan indiyədək humanitar yardım paylanması məntəqələrinə edilən hücumlar nəticəsində 600 nəfərdən çox insan öldürülüb.

Ümumilikdə, 2023-ci ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 56,6 mindən çox insan ölüb, 134 min nəfər yaralanıb.

Chosen
36
33
teleqraf.com

10Sources