EN

Danimarkada  18 yaşına çatmış qadınların kişilərlə bərabər hərbi xidmətə çağırılmasına başlanılıb

Danimarkada 18 yaşına çatmış qadınların kişilərlə bərabər hərbi xidmətə çağırılmasını nəzərdə tutan yeni qanunvericilik normaları qüvvəyə minib. Bu barədə Daily Express xəbər verir.

Danimarkada hərbi xidmətə çağırış proqramının rəhbəri, polkovnik Kennet Stromun dediyi kimi, Danimarka parlamentinin iyunun əvvəlində qəbul etdiyi qərar “hazırkı təhlükəsizlik vəziyyəti”nə əsaslanır.

"Onlar NATO-nun keçirdiyi kollektiv hərbi təlimlərdə iştirak edə bilərlər. Çağırışçıların sayının artırılması sadəcə olaraq döyüş gücünün artmasına gətirib çıxaracaq", - o qeyd edib.

Hazırda Danimarkada 9 milyonluq əhaliyə cəmi 9000 peşəkar əsgər var. 2024-cü ildəki 4700 nəfərlə müqayisədə 2033-cü ilə qədər ildə 6500 nəfərin xidmət göstərəcəyi gözlənilir.

Eyni zamanda, 2024-cü ildə könüllülərin yalnız dörddə biri qadınlar idi.

Təhlilçilər hesab edirlər ki, Danimarka hakimiyyəti qadınların hərbi xidmətə çağırılması qərarını məhz Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə verib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
36
13
oxumeni.az

10Sources