AZ

Almaniya könüllü altı aylıq hərbi xidmət tətbiq etməyi planlaşdırır

Almaniya hökuməti ehtiyatda olan əsgərləri hazırlamaq və milli müdafiəni möhkəmləndirmək məqsədilə könüllü altı aylıq hərbi xidmət proqramı yaratmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Proqram çərçivəsində könüllülər təhlükəsizlik vəzifələri üzrə sadə tapşırıqları yerinə yetirmək üçün təlim alacaqlar. Lakin könüllü sayı kifayət qədər olmazsa, hökumət məcburi hərbi xidmətin bərpasını nəzərdən keçirə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi personalın sayını 180 mindən 260 minə yüksəltməyi hədəfləyir. Hökumət ümid edir ki, altı aylıq könüllü təlim bu rəqəmi iki dəfə artırmağa kömək edəcək və bəzi könüllülər xidmətə davam edəcək.

Proqram iştirakçıları yük maşını və tank sürücüsü kimi xüsusi vəzifələr üçün əlavə təhlükəsizlik təlimləri ala biləcəklər. Yeni kazarmaların tikintisi də planlaşdırılır ki, işə qəbul olunanlar evlərinə yaxın yerlərdə məşq edə bilsinlər.

Əgər hökumət könüllü proqramla bağlı hədəflərə çatmasa, məcburi hərbi xidmətin yenidən bərpası ilə bağlı qərar verilməlidir. Qeyd edək ki, Almaniya məcburi hərbi xidməti 2011-ci ildə ləğv edib.

Son sorğulara görə, almanların 54 faizi məcburi hərbi xidmətin geri qaytarılmasını dəstəkləyir.

Seçilən
0
9
ikisahil.az

10Mənbələr