EN

“Rosatom” Türkiyədəki Akkuyu AES-dəki PAYINI SATIR

“Rosatom” Rusiya dövlət korporasiyası Türkiyədəki Akkuyu AES-in 49%-nin satışı ilə bağlı xarici şirkətlərlə danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

“Akkuyu AES layihəsində 49% payın satılması mümkünlüyü layihənin həyata keçirilməsinə dair 2010-cu ildə bağlanmış hökumətlərarası sazişdə nəzərdə tutulub”, - mətbuat xidməti izah edib.

Qeyd olunub ki, Türkiyə şirkətləri ilə də danışıqlar aparılır. Potensial tərəfdaşların seçimi Türkiyə tərəfi ilə razılaşdırılmalıdır.

Xatırladaq ki, “Akkuyu” AES-in tikintisinə 2018-ci il aprelin 3-də başlanılıb. Bundan əvvəl onun istismara verilməsinin 2025-ci ilə planlaşdırıldığı bildirilirdi. Ötən ilin oktyabrında Türkiyənin energetika naziri Alparslan Bayraktar AES-in birinci reaktorunun hazırlıq səviyyəsinin 90%-dən çox olduğunu bildirmişdi.

Chosen
18
2
publika.az

3Sources