EN

Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!” 

Rusiyanın Azərbaycana və azərbaycanlılara qarşı son günlər artan aqressiyası geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlər Moskvanın bu davranışının əsas səbəblərindən birinin rus ordusunun Qafqaza, xüsusilə Qarabağa geri dönmək istəyi ilə bağlı olduğunu düşünürlər. Bu iddia yalnız geopolitik kontekstlə deyil, həm də bölgədə mövcud təhlükəsizlik balansının dəyişməsi ilə bağlıdır. Lakin belə bir addımın hüquqi və siyasi baxımdan mümkünlüyü ciddi suallar doğurur.

Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq razılaşmalar, eləcə də bölgədə Türkiyə, Pakistan və Çin kimi əsas aktorların maraqları bu cür hərbi hərəkətlərin qarşısını ala bilərmi?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın Azərbaycana aqressiyası yeni deyil:

“Rəsmi Bakının Qarabağı işğaldan azad etməsi, daha sonra rus ordusunun Qafqazı tərk etməsi Kremlin maraqlarını pozub. Buna görə də Rusiya Qarabağa geri dönmək arzusunu məhz bu yolla büruzə verir.

Rusiya uzun illərdir Cənubi Qafqazda mövcudluğunu qorumağa çalışır, xüsusilə Qarabağ bölgəsində təsir dairəsini bərpa etmək istəyir. Lakin bu, indiki məqamda mümkün deyil. Çünki hüquqi tərəfi çox mürəkkəbdir. Beynəlxalq hüquq Rusiya ordusunun bölgəyə hərbi qayıdışını məhdudlaşdırır. Digər tərəfdən, Azərbaycan da, Türkiyə, Pakistan, ABŞ və Çin kimi regionda maraqlı olan qüvvələr də bunu istəmir.

Hesab edirəm, Rusiyanın belə bir zamanda hərəkətə keçməsi mümkünsüzdür. Xüsusilə Bakı-Ankara ittifaqı inkişaf etdiyi bir zamanda bu, çox çətindir. Rusiya özü də hazırda Ukrayna ilə müharibə vəziyyətindədir. Buna görə də, Qafqaza hərbi qüvvə göndərmək və bölgədəki təsirini artırmaq istəyində ciddi çətinliklərlə üzləşir.

Moskvanın Qafqaza və Qarabağa qayıtmaq arzusu real niyyət olaraq qalmaqla yanaşı, hüquqi, siyasi və hərbi baxımdan böyük çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycanla gərginlik isə Rusiyaya heç bir dividend gətirməyəcək”.

Siyasi şərhçi Kənan Novruzov qeyd edir ki, Rusiyanın son hərəkətlərinin arxasında hansı məqsəd dayanmasından asılı olmayaraq, bu cür davranışlar yolverilməzdir və ikitərəfli münasibətlərə zərbə vuracaq haldır:

“Bu, ilk belə hal deyil. Görünür, Rusiya hakimiyyəti müharibədəki uğursuzluqlarını miqrantlara bağlayaraq, “daxili düşmən” axtarışındadır.

Rusiyanın Qafqaza qayıtması isə inandırıcı deyil. Ankara, İslamabad, Pekin və hətta Vaşinqton bu cür vəziyyətə razı olmayacaq. Rusiya həm siyasi, həm də hərbi baxımdan bu addımı atacaq gücdə deyil – ən azından hələlik. Əksinə, Ermənistanla münasibətlərin dinamikası fonunda Kreml bölgədən daha da təcrid olunur. Azərbaycanla münasibətlərdə qeyri-adekvat siyasət yürüdən Rusiya Cənubi Qafqazda möhkəmlənə bilməz”.


Chosen
14
42
referans.az

10Sources