AZ

Bu siyasət Rusiyanı parçalanmağa aparır Politoloq

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın Azərbaycana qarşı törətdikləri cinayətlər göz qabağındadır. Bunun haqqında rus mətbuatı yazır və Rusiyanın bu siyasətini hamı pisləyir. Təbii ki, bu məsələ artıq BMT tərəfindən də müzakirə olunur. Ancaq mən onu deyim ki, BMT elə bir qurumdur ki, onların hansısa ölkəyə təsir dairəsi, xüsusilə hegemon ölkələrə — Rusiya, Amerika kimi ölkələrə təsiri yox dərəcəsindədir. Bu mənada onlar müzakirə aça bilərlər. Amma hesab edirəm ki, Rusiyada törədilən cinayətlə bağlı BMT heç bir məsuliyyət qəbul etməyəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov BMT-nin Rusiyada azərbaycanlılara qarşı qəddar hücumlardan sadəcə "xəbərdardır" olub, amma heç bir reaksiya verməməsi haqqında danışarkən bildirdi.

"Azərbaycan prezidenti də bildirmişdi ki, BMT qurumu dəyişib, yeni formada olmalıdır. Çünki onların qəbul etdiyi qətnamə və bəyanatlar heç bir təsirə malik deyil. Elə Azərbaycan torpaqları işğal olunan dövrdə BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul etdi, elə onlar da kağız üzərində qaldı. Heç birinin təsiri olmadı, Ermənistan heç bir ərazini boşaltmadı. Bütün bunları Azərbaycan özü həll etdi. Bu mənada BMT-yə inanmaq olmaz. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında yaranan gərgin vəziyyət yaxın zamanda öz həllini tapacaq".

Politoloq qeyd etdi ki, bu gərginliyə səbəb Rusiya tərəfidir.

"Rusiya artıq Ukrayna müharibəsindəki tələbatlarına görə ağlını itirib. Etdiyi hərəkətləri bilmir. Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Rusiya ilə Azərbaycanın münasibətləri hər zaman normal olub. Bu şovinizm siyasətləri son zamanlar olub. Bu da təbii ki, təkcə Azərbaycana deyil.

Rusiyanın apardığı bu siyasət sonda Rusiyanın özünə ziyan olacaq. Bu da Rusiyanı parçalanmağa aparır. Bu mənada BMT-nin ciddi rolu yoxdur", - deyə Elşad Həsənov bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
50
redaktor.az

10Mənbələr