"Ruslar Qafqazda xalqları bir-birinə qırdırmaqla oyun oynayıb, bu, onların siyasətidir..."
"Hazırda Azərbaycanla baş verənlər Rusiyanın faciəsinin son akkordlarıdır. Azərbaycanın bəxti onda gətirib ki, ona Heydər Əliyev kimi lider qismət olub. Mən onu Sovet İttifaqı dövründə yaxından tanımış adamlarla söhbət etmişəm".
"Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşrinin təsisçisi Dmitri Qordon nəşrdəki bloqunda yazıb.
Müəllif son günlər Azərbaycanla Rusiya arasında baş verən diplomatik savaş və onun səbəblərini təhlil edib. Qordon yazır:
"Əliyev Azərbaycan DTK-sına rəhbərlik edib və korrupsiyaya qarşı uğurlu mübarizə aparıb. Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Andropovun xüsusi rəğbətini qazanaraq SSRİ Nazirlər Sovetinin birinci müavini olub.
Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi ciddi fiqur sayılıb. Onunla ünsiyyətdə olanların hamısı mənə onun müstəsna müdrikliyindən bəhs ediblər. Onun sözləri sanki aforizm kimi səslənirdi. Dostluq etdiyim Müslüm Maqomayev mənə danışırdı ki, Əliyev onu öz oğlu kimi sevirmiş.
Azərbaycanın bir də ona görə bəxti gətirib ki, SSRİ dağılandan sonra yaranan xaos dövründə sükan arxasında məhz Heydər Əliyev dayanıb. O, strateji təfəkkürə malik bir lider kimi Azərbaycanı Qərb və Türkiyə ilə yaxınlaşma kursu seçib.
Azərbaycanın ikinci dəfə də bəxti gətirib - Heydər Əliyevin ölümündən sonra onun yerinə oğlu İlham Əliyev prezident olub. Adətən oğulun öz görkəmli atasının layiqli davamçı olması nadir hallarda rast gəlinir. Bu isə məhz o haldır - hər şey bir araya gəlib. İlham Əliyev atasının başladığı kursu uğurla davam etdirib.
Azərbaycanın təcrübəsi bizim Ukrayna üçün son dərəcə vacibdir. Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda münaqişəsi baş verib. Bütün beynəlxalq sənədlərə və hüquqa görə, əsasən ermənilərin də yaşadığı keçmiş Dağlıq Qarabağ Azərbaycan ərazisi sayılırdı.
Belə hallar olur. Bizim də Donetsk vilayətində və Krımda əsasən ruslar yaşayır, amma bu ərazilər Ukraynanındır. Rusiya qonşuları bir-birinə düşmən edib və Qarabağda öz oyununu qurub. Ermənistana dəstək verərək bu ssenarini bacarıqla oynayıb. Ruslar Qafqazda xalqları bir-birinə qırdırmaqla oyun oynayıb. Gürcülərlə də eyni davranılıb, bu, onların siyasətidir.
İlham Əliyev səssizcə və uzun müddət hazırlaşıb. Bizdə isə o dövrdə nələr baş verirdi? Ruslara silah satışı və digər antiUkrayna hərəkətləri olub. Əliyev isə suveren və çiçəklənən Azərbaycan qurmaqla məşğul idi. O, anlayırdı ki, Azərbaycan öz torpaqlarını qaytarmalı, Qarabağa qayıtmalıdır. O, buna diqqətlə hazırlaşdı: qüvvə topladı, əsgərlərini hazırladı, silah aldı, Türkiyə və İsraillə razılıq əldə etdi.
Bunun üçün, əlbəttə ko, Şərq müdrikliyinə malik olmaq lazımdır. Əliyev Moskvaya tam loyal görünürdü - 9 May paradda iştirak edirdi, Putinlə qucaqlaşırdı. Və sonra iki parlaq hərbi kampaniya keçirdi. Rusiya heç nə edə bilmədi. Qarabağ oraya - oğurlandığı yerə qaytarıldı.
Bəs indi nə baş verir? Niyə Moskva və Putin deyə biləcəyimiz qədər özlərini itiriblər? Çünki Ermənistanın da bəxti gətirib və Paşinyan kimi lider qazanıb. Ermənistanın başında gələcəyə baxmağı bacaran, əbədi müharibəyə deyil, rifaha çalışan bir rəhbər var artıq. Övladlarını itirən bir xalqın sabit dövlətini qurmaq vaxtıdır - o, bunu anlayıb. Və Qarabağın Azərbaycana məxsus olduğunu etiraf etmək qərarına gəldi. Və bunun sayəsində Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamaq mümkün oldu.
Paşinyan Əliyevlə normal münasibətdədir, Ərdoğanın yanına gedir, Ərdoğan onu hörmətli qonaq kimi qarşılayır. Bunu nə vaxtsa təsəvvür etmək mumkün ola bilərdimi? Ermənistan rəhbərinin Türkiyə lideri tərəfindən paytaxtda bu cür ehtiramla qəbul edilməsi - bu, hətta bir il əvvəl də mümkün görünməyib.
İndi Əliyev, Paşinyan və Ərdoğan birlikdədir. Və birdən Putin görür ki, onun "vasitəçi rolu" heç kimə lazım deyil. Onlar onsuz da hər şeyi öz aralarında həll edəcək. Bu illər ərzində Moskvanın yeganə marağı Azərbaycanla Ermənistan arasında müharibənin davam etməsi olub.
Və indi şeytan cilovları qırıb. Rusiya Azərbaycanla bağlı bir sıra qeyri-dost hərəkətlər erdi. Onların təyyarəsini Qroznı üzərində vurdu. Heç üzr də istəmədilər, bu, insafsızlıqdır. "Siz kimsiniz ki?" kimi münasibət göstərdilər. Sanki "biz ruslarıq, müqəddə Allahın anası bizimlədir, "vahid müqəddəs Rusiya!" - bu, cəfəngiyyatdır.
Azərbaycan dərhal münasibətləri soyutdu. İndi isə ruslar təkcə Yekaterinburqda azərbaycanlılara qarşı kütləvi zorakılıq etmədi, onlar insanları məhkəməsiz, istintaqsız işgəncə verib öldürdülər. Bunu qəddarlıqla etdilər, çünki bacardıqları budur.
Rəsmi sənədlərə görə, biri ürək tutmasından, digəri isə "naməlum səbəbdən" dünyalarını dəyişib. Guya ki, bədbəxt hadisədir. Amma cəsədlər evə gətiriləndə məlum olub ki, qabırğalar sınıb, plevra deşilib, hematomalar və işgəncə izləri aşkarlanıb. Bax, Rusiyanın əsl siması bundan ibarətdir".
Müəllif: Dmitri Qordon