EN

Qırmızı dənizdə qazma qurğusu BATDI

Qırmızı dənizdə dənizdə qazma qurğusu batıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, qüllədə 31 nəfər olub, indiyədək 21 nəfər xilas edilib.

Dörd nəfər həlak olub, altı nəfər itkin düşüb. Axtarış əməliyyatlarında iki təyyarədən istifadə edilir.

Məlumata görə, neft platforması üç dəniz yedək gəmisi tərəfindən Xurqada ərazisinə aparılarkən batıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
interpress.az

1Sources