EN

ADAU-da yeni dərsliklərin təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Kənd Təsərrüfatı Texnikası və Texniki Servis kafedrasının dosenti Saləddin Hüseynovun müəllifi olduğu iki yeni kitabın təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təqdimat mərasimində müəllifin “Texnika sürücüsü” adlı dərs vəsaiti və “Traktorlar və avtomobillər” adlı dərsliyi haqqında ətraflı məlumat verilib. Kitabların kənd təsərrüfatı texnikası sahəsində mütəxəssis hazırlığında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Müəllif və rəyçilər dərsliklərin məzmunu, tətbiq sahələri və tədris prosesində istifadəsi ilə bağlı fikirlərini bölüşüblər.

Sonda ADAU Həmkarlar İttifaqı Komitəsi tərəfindən dosent Saləddin Hüseynova 70 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim olunub.

Chosen
23
50
unikal.az

10Sources