EN

Rumıniya ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 68,6 faiz artaraq 408,8 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Rumıniyaya ixrac: 382,4 milyon dollar (+71,3 faiz)

Rumıniyadan Azərbaycana idxal: 26,4 milyon dollar (+37,6 faiz)

Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,95 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,64 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Chosen
19
50
vergiler.az

10Sources